AZ

Bakıda şagirdlərə narkotik maddə paylanılır? -

Bakı məktəblərində şagirdlərə ayı formalı konfetəbənzər narkotik tərkibli maddələrin paylanılması ilə bağlı narahatlıq doğuran iddialar yayılıb. Valideynlər bu barədə sosial şəbəkələrdə paylaşımlar edərək bir-birilərini diqqətli olmağa çağırıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir: “Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb”, - deyə açıqlamada vurğulanıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
3
metbuat.az

1Mənbələr