AZ

Bakıda II İohann Pavelin adına katolik kilsə inşa ediləcək

Bakıda Roma papası II İohann Pavelin adına katolik kilsəsinin inşası nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC hazırlıqlara başlayıb.

Hazırda kilsənin layihə-smeta sənədləri hazırlanır. Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.

Xatırladaq ki, II İohann Pavel 1920–2005-ci illərdə yaşayıb.

Seçilən
45
8
bakivaxti.az

9Mənbələr