AZ

Naxçıvanda hərbi sursatlar aşkar edilib - FOTO

Polis əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatlar aşkar edilib.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 76 ədəd 30 mm-lik AQS mərmisi, 36 ədəd 20 mm-lik PK mərmisi, 9 ədəd 30 mm-lik 2A42 top mərmisi, 9 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd AK-74 avtomat darağı, 10 ədəd qumbaraatan mərmisinin aparıcı qüvvəsi, 110 mm-lik D-40 topun mərmisi, 2 ədəd Smerç raketinin stabilizator bloku olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Naxçıvanda Naxçıvanda
Seçilən
13
49
apa.az

10Mənbələr