AZ

Bu ölkədə iğtişaşlar başladı: 31 nəfər həlak oldu

Hindistanın Çhattisqarh əyalətində təhlükəsizlik qüvvələri 31 Mao tərəfdarı üsyançını zərərsizləşdirib.

Publika.az xəbər verir ki, Hindistanda gərginlik artır. Son insidentdə Hindistanın Çhattisqarh əyalətində təhlükəsizlik qüvvələri ilə maoçu üsyançılar arasında toqquşma baş verib.

Sonrakı toqquşmalarda 31 üsyançı həlak olub. Əyalətin polis rəisi Sundarraj Pattilinqam təhlükəsizlik qüvvələrinin kəşfiyyat məlumatlarından sonra əməliyyata başladığını bildirib. O, əyalətin Bijapur rayonunda meşədə üsyançılara qarşı basqın edildiyini və orada təhlükəsizlik qüvvələri ilə maoçu üsyançılar arasında toqquşma olduğunu qeyd edib.

Pattilinqam bildirib ki, ilkin məlumatlara görə, toqquşmalarda 31 üsyançı və 2 təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb, ikisi isə yaralanıb.

Seçilən
8
publika.az

1Mənbələr