AZ

Sibutramin maddəsi nədir?

Həkim bu maddənin insan orqanizminə mənfi təsirlərindən danışıb.

"Ölkə başçısının 18 mart 2016-cı il tarixli təsdiq edilmiş Azərbaycan Respublikasının Qanunu ilə insan sağlamlığına təsir edən maddələr və onların orqanizmə ziyanlı təsirləri olan maddələrin siyahısı tərtib edilmişdir. Həmin maddələr arasında zəhərli maddələr də adlandırılır. Bu siyahıda "sibutramin" adlı maddə də var. Yəni, bu maddə zəhərli maddə hesab olunaraq təsdiqlənmişdir".

Bu sözləri Operativ Media-ya dietoloq Ləman Süleymanova deyib

O bildirib ki, "sibutramin" maddəsi toxluq hissini artırır: Çox təəssüflər olsun ki, Azərbaycanda, xüsusilə sosial şəbəkələrdə "həkimlər" insanlara arıqdıcı çaylar, kokteyllər və digər məhsullar satır. Bu artıq bir şəbəkədir. Həmin şəbəkələrdə həkim olmayan insanlar fəaliyyət göstərirlər. Bu mafiyanın özəlliyi odur ki, onlar iş yerləri yoxdur.

Çox təəssüflər olsun ki, bu cür arıqladıcı məhsulları insanlara məsləhət görürlər. 2019-cu ildə Avropa Dərman Agentliyi tərəfindən "sibutramin" tərkibli dərmanların satışına qadağa qoyulub. Bu maddənin gömrükdən aldatma və ya düzgün bəyan edilməmək yolu ilə keçirilməsi cinayət məsuliyyətinə səbəb olur. Bununla əlaqədar olaraq cinayət Məcəlləsinin 206 və 240-cı maddələrinə əsasən məsuliyyət müəyyən edilir.

Təəssüflə qeyd etmək lazımdır ki, bu problem hələ də davam edir. Tədbirlər görülməsinə baxmayaraq, sibutramin tərkibli çaylar hələ də qara bazarda satılır. Arıqladıcı kokteyllərin tərkibində bu maddələr mövcuddur. Ümumiyyətlə, bu maddə demək olar ki, bütün arıqladıcı çayların və kokteyllərin tərkibində mövcuddur.

Bu maddənin insan orqanizminə çox böyük mənfi təsiri vardır. Maddə birbaşa olaraq insanın əhvalına ciddi təsir edir. Arıqladıcı çaylar insanda ilkin olaraq yalançı toxluq hissi yaradır. Amma bu 3-4 gün davam edir. 3-4 gündən sonra isə insanın orqanizmində olan faydalı maddələr ziyan görür. Bir müddət sonra bu çaylardan istifadə edən şəxslərdə immunitet zəifləyir və orqanizmin xəstəliklərə qarşı müqaviməti azalır. Halsızlıq, yuxusuzluq baş verir. İnsan ilk həftə ərzində müəyyən çəki itirir, amma bu zaman orqanizmin yaxşı maddələr də azalır. Bu çaylardan istifadəni kəsən şəxslərdə sürətli şəkildə çəki artımı yaranır. Bundan əlavə görmə qabiliyyətinin zəifləməsi, mədənin funksiyalarının pozulması kimi hallar baş verir. Ürək-damar xəstəliyi olan şəxslərin sibutramin maddəsindən istifadəsi daha da təhlükəlidir.  Bu xəstəliyə sahib olan şəxslərin "sibutramin" maddəsi olan məhsullardan istifadə etməsi çox risklidir. Hətta qəbulun yeddinci, sekkizinci günlərində insan həyatı üçün ölüm riski daşıyır. Araşdırmalar nəticəsində məlum olub ki, "sibutramin" tərkibli çayları daha çox fitnes müəllimləri məsləhət görür". 

Qeyd edək ki, ötən həftə Azərbaycana gətirilən məhsullarda güclü təsirə malik “sibutramin” aşkarlanıb.

Seçilən
31
operativmedia.az

1Mənbələr