AZ

Misir Mərdanov Emin Əmrullayevin ittihamlarına cavab vermədi -ÖZƏL

"Realist olmaq lazımdır – PISA 2029 reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

"Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük", - deyə E.Əmrullayev əlavə edib.

Sözügedən məsələ ilə bağlı “Sherg.az” sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxladı.
Ona məsələni izah etsək də, açıqlamadan xəbəri olmadığını və araşdırdıqdan sonra cavablayacağını bildirdi:

“Mən sözügedən ittihamlarla tanış deyiləm. Ona görə də fikir söyləyə bilmərəm. Gərək baxam, araşdıram ondan sonra nəsə deyə bilərəm”.

Seçilən
8
sherg.az

1Mənbələr