AZ

Çin internetdə hərbi məlumatların yayılmasına nəzarəti gücləndirəcək

Çin hakimiyyəti martın 1-dən internetdə hərbi məlumatların yayılmasına nəzarəti gücləndirəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni tədbirlər hərbi mövzulara həsr olunmuş internet saytların yaradılması da daxil olmaqla, şəbəkədə hərbi məlumatların yayılmasına nəzarəti nəzərdə tutur.

Yeni reqlamentdə qeyd olunub ki, hərbi məlumatların yayılması Çin Xalq Azadlıq Ordusunun yaxşı imicinin qorunmasına kömək etməlidir.

Bundan başqa, belə məlumatlar ordu, hökumət və xalq arasında nifaq salmamalı və ya birliyi pozmamalıdır.

Seçilən
15
3
report.az

5Mənbələr