Fevralın 12-də İrəvanın vitse-meri Armen Pambuxçyan "Şimal-Cənub" yolunun bir hissəsini bağlayan "Qələbə" məhəlləsinin sakinləri ilə görüşəcək.
“Report” erməni KİV-lərinə istinadən xəbər verir ki, gözlənilən görüş barədə merin mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, məhəllə sakinləri onilliklər boyu öz torpaq sahələri üzərində mülkiyyət hüququ məsələsinin həllini gözləyiblər. Proses praktiki müstəviyə keçib: 2022-ci ildən mülkiyyət aktları əsasında 96 qərar qəbul edilib. Bu ilin yanvarında mer Tiqran Avinyan artıq sakinlərlə görüşüb, keçən həftə isə onları Pambuxçyan qəbul edib və o, fevralın 12-də təkrar görüş keçirəcək.
KİV-in məlumatına görə, etirazçılar hakimiyyətin bir neçə ildir daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməməsindən narazıdırlar. Onlar torpaq və evlərdən istifadə edə bilirlər, lakin onları sata, bağışlaya və s. bilmirlər.