AZ

Cəbrayılın Şükürbəyli kəndində ikinci mərhələ üzrə işlərə start verilir – 147 min manat ayrıldı

Bakı, TurkicWorld

Cəbrayıl rayonunun Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar daha bir işlərə start verilir.

TurkicWorld-in əldə etdiyi məlumata görə, 1042 ailəlik (ikinci mərhələdə - 407 ailəlik) Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş binalarının və digər tikililərin söküntü işləri aparılacaq.

Artıq bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu müvafiq işlərə başlayıb.

Fond sözügedən işlərin icrasına 147 1 38 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.

2023-cü ilin mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulub. Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır.

Seçilən
3
2
turkic.world

3Mənbələr