AZ

Artıq yollarda yamaq və çuxur olmayacaq - Bitum dağılmayacaq

Yollarda asfalt örtüyünün dağılması, çuxurların yaranması hamının qarşısına çıxan haldır. Təmir briqadaları bu çuxurları vaxtaşırı təmin etsələr də, yaddan çıxanlar çox olur. Artıq bu “yamağa” ehtiyac qalmayacaq.

Avtosfer.az xəbər verir ki, Britaniya və Çilidən olan tədqiqat qrupu yeni tip asfalt hazırlayır. Tədqiqat qrupu bildirir ki, oksidləşmə nəticəsində bitum sərtləşir və belə demək mümkünsə kənar təsirlərdən “sınır”. Nəticədə yol örtüyü tədricən dağılır və “toyuq yuvaları” (çuxur) əmələ gəlir.

İndi isə asfaltın tərkibinə qatılacaq təbii maddələr nəticəsində bitumun dağılması aradan qalxacaq. Asfalt örtüyündə əmələ gələn çat öz-özünə qısa vaxtda bərpa ediləcək.

Bu, bitkilərdə və heyvanlarda rast gəlinən regenerasiya prosesinə bənzəyir.

Vüqar

Seçilən
17
avtosfer.az

1Mənbələr