AZ

"Qalatasaray"ın vingerinin hansı müddətə kənarda qalacağı bilindi

"Qalatasaray"ın zədəli futbolçusu Yunus Akgünün son vəziyyətinə aydınlıq gəlib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı vinger daha 7-10 gün komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Akgün Niderlandda "Ayaks"a 1:2 hesabı ilə uduzduqları matçda - UEFA Avropa Liqasının oyununda sıradan çıxıb. O, cari mövsüm Türkiyə Super Liqasında 20 matça çıxaraq 6 qol vurub.

Seçilən
1
fanat.az

1Mənbələr