"Qalatasaray"ın zədəli futbolçusu Yunus Akgünün son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı vinger daha 7-10 gün komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Akgün Niderlandda "Ayaks"a 1:2 hesabı ilə uduzduqları matçda - UEFA Avropa Liqasının oyununda sıradan çıxıb. O, cari mövsüm Türkiyə Super Liqasında 20 matça çıxaraq 6 qol vurub.