AZ

"Google Chrome"da kritik boşluq aşkarlanıb

Bakı. Trend:

“Google Chrome” brauzerində kritik boşluq (CVE-2025-0445)aşkarlanıb.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaElektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, boşluq V8 mühərrikində yaddaşın azadedilməsindən sonra istifadəsi (Use After Free-UAF) səbəbindənyaranır. Nəticədə kiberdələduzlar xüsusi hazırlanmış HTMLsəhifələri vasitəsilə bu boşluğu uzaqdan istismar edə bilərlər.

Problemlə əlaqədar istifadəçilərə və inzibatçılara “Chrome”brauzerini 133.0.6943.53 və ya daha yeni versiyaya yeniləməktövsiyə olunur.

Seçilən
34
9
az.trend.az

10Mənbələr