AZ

Dmanisidə həftəsonu məktəbi açılıb (FOTO)

Bakı. Trend:

Müxtəlif xarici ölkələrdə həftəsonu məktəblərinin açılması davamedir. Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində“Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə rayonun Qarabulaqkəndində həftəsonu məktəbi fəaliyyətə başlayıb.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, məktəbdə müxtəlif yaş qruplarından olanazərbaycanlı uşaqlara Azərbaycan və gürcü dillərinin tədrisi üçünbütün lazımi şərait yaradılıb.

“Məktəbə ixtisaslı müəllimlər cəlb olunub, uşaqlar Azərbaycandilini mükəmməl öyrənməyə böyük maraq və həvəs göstərirlər. Buradayaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulan "bazargünü" məktəblərinin başlıca məqsədi yetişməkdə olan yeni nəslitariximiz, mədəniyyətimiz barədə məlumatlandırmaqdır. Hazırda uşaqvə yeniyetmələr üçün rayonun Hamamlı və Qarabulaq kəndlərindəAzərbaycan dili kursları təşkil olunub”, - deyə Mərkəzin rəhbəriKamran Xıdırov bildirib.

Azərbaycan dili müəllimi İntiqam İsmayılov ana dilindədanışmağın Azərbaycançılıq ideyasının yaşadılması üçün vacibolduğunu, Azərbaycan məktəblərində istifadə edilən "Əlifba" və "Anasözü" dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası,morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılanhekayə və şerlər, yazıçılar haqqında məlumat verildiyinivurğulayıb.

"Bazar günü" məktəbinin gürcü dili müəllimi Maya Xmaladze öznövbəsində çıxışında son illər ərzində Gürcüstanın ali məktəblərinəvahid test üsulu ilə qəbul olan azərbaycanlı tələbələrin sayınınxeyli artmasında bu kursların xüsusi rolunu qeyd edib: “İki xalqarasındakı dostluq münasibətləri, azərbaycanlıların gürcücəmiyyətinə inteqrasiyasında bu kurslar müstəsna roloynayacaq”.

Dmanisidə
Dmanisidə
Dmanisidə
Dmanisidə
Seçilən
18
4
az.trend.az

5Mənbələr