"Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayevin "Elmin qapısı" adlı kitabı işıq üzü görmüşdür.
Kitabda Həzrət Əlinin (ə) həyatı, fəaliyyəti, elmi əsərləri və xüsusi olaraq "Nəhcül-bəlağə" əsərində iman və etiqad məsələləri yer almışdır. Müəllif bu əsəri cəmiyyətin hər təbəqəsini əhatə edən, geniş oxucu kütləsi üçün nəzərdə tutmuşdur.