AZ

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə fevralın 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, əvvəlcə Komissiyanın fevralın 8-də keçirilmiş iclasının protokolu təsdiqlənib.

Sonra bu il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin geniş müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün hərtərəfli, obyektiv, şəffaf şəkildə araşdırılan və qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Media mənsublarının da iştirak etdiyi iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

Seçilən
47
14
xezerxeber.az

10Mənbələr