AZ

Kürdəmirdə 38 yaşlı şəxs BIÇAQLANDI

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində Fərid Zabit oğlu Allahverdiyev 38 yaşlı rayon sakini Allahverdiyev Sədi Şirazi oğluna ayaq nahiyəsindən bir neçə bıçaq xəsarəti yetirib. Ağır xəsarət alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid Allahverdiyev rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Seçilən
7
1
bizim.media

2Mənbələr