AZ

Səfir Tacikistanda ruslara qarşı münasibəti açıqladı

Səfir

Tacikistanda ruslara ənənəvi olaraq müsbət münasibət göstərilir və məişət səviyyəsində rusofobiya müşahidə edilmir. “Ulusum”.az xəbər verir ki, bu barədə RF-in Düşənbədəki səfiri Semen Qriqoryev NEWS.ru-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, respublika sakinlərinin rus dilini öyrənməyə marağı daim yüksək səviyyədə qalır."Burada ruslara ənənəvi olaraq yaxşı münasibət bəslənilir. İnsanlar xatırlayırlar ki, ötən əsrin 20-ci illərində Tacikistan dövlətçiliyinin əsasını Rusiya qoymuşdu. Tacikistanın müasir tarixində vətəndaş müharibəsi dövründə bir çox milli azlıqlar ölkəni tərk etməyə məcbur qaldı. Amma hazırda ölkədə Rusiya ilə bağlı müsbət münasibət hökm sürür və məişət səviyyəsində rusofobiya halları müşahidə edilmir," — deyə Qriqoryev vurğulayıb.Diplomat əlavə edib ki, rus dili Tacikistanda millətlərarası ünsiyyət dili kimi Konstitusiyada təsbit olunub:"Sevindirici haldır ki, respublika sakinlərinin bu dili öyrənməyə marağı daim yüksək olaraq qalır. Tacikistanda üç rus, yeddi rus-tacik məktəbi və tədrisi rus dilində aparılan təxminən 50 məktəb fəaliyyət göstərir," — deyə Qriqoryev qeyd edib.Səidə

Diqqət Çəkənlər

İran və Amerika arasında gözlənilən danışıqlar necə olacaq?

Uşaqların sözə baxmaması: səbəblər və həllər

Ərdoğan Azərbaycanla əhəmiyyətli sazişi təsdiqlədi

Seçilən
5
ulusum.az

1Mənbələr