Almaniyanın Orta Frankoniya bölgəsində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. SİA-nın məlumatına görə, helikopterin haradan havaya qalxdığı və hansı bölgəyə getdiyi hələ müəyyən edilməyib. Federal Təyyarə Qəzalarının Araşdırılması İdarəsinin (BFU) eksperti və kriminal polis qrupunun iki eksperti qəza yerinə gedib.