AZ

Huqo Qatti: "Ronaldu hər zaman Messidən üstün olub, lakin Peleyə çata bilməz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Argentina millisinin sabiq qapıçısı Huqo Qatti Kriştianu Ronaldunun açıqlamasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, əfsanəvi qolkiper açıqlamasında Kriştianu Ronaldunu Lionel Messidən daha üstün sayıb.
"Mənim üçün Pele səviyyəsində heç bir futbolçu olmayıb, heç vaxt da olmayacaq. Onunla heç kim müqayisə oluna bilməz. Pele unikaldır. Düzdür, Kriştianunun açıqlaması da əsassız deyil.
O, hər yerdə çempion və bombardir olub, dünyanın ən böyük klublarında oynayıb. Amma Ronaldu tarixin ən yaxşısı deyil. Onu çox bəyənirəm, lakin heç kim heç vaxt Pelenin səviyyəsinə yüksələ bilməyəcək.
Kriştianu Messidən yaxşı olub, indi də belədir. O, hətta bu gün Səudiyyə Ərəbistanında çıxış etsə də, bu liqa MLS-dən (ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatının - "Major League Soccer") üstündür. Ronaldu Messi ilə müqayisədə daha vacib fiqurdur, daha böyük klublarda oynayıb, risk etməkdən qorxmayıb.
Bəli, Maradona və Messi özlərini tarixin ən yaxşısı adlandırmayıblar, Kriştianu isə bunu deyir. Ancaq bu, ciddi tənqid olunacaq açıqlama deyil".
Seçilən
13
oxu.az

1Mənbələr