AZ

Dövlətçilik və siyasi şüurun əhəmiyyəti



Hər bir dövlət, gördüyümüz kimi, özündə bir münasibəti təmsil edir. Bütün münasibətlər, təbii ki, dövlətin çıxarları, maraqları, müstəqilliyi və suverenliyi üçündür. Nəticə olaraq, münasibətlər sistemi hər bir dövlətdə yaşayan insanların rifahı naminə təşkil olunur. Bütün bunlar üçün böyük və strateji düşüncəyə ehtiyac var.

Əslində, taktiki olaraq da, son məqsədin düzgün müəyyənləşdirilməsi və bu məqsədə çatmaq üçün düzgün, müdrik yol tapmaq fəlsəfəsi daim yaşamalıdır. Uzun yüzilliklərdir ki, tarixi xətalarımızı, itirdiklərimizi, qazandıqlarımızı müzakirə edir, mübahisələr aparır və dəyərləndirmə edirik. Bu prosesin özüdə siyasi proseslərin formalaşması üçün, daha yaxşı rifah üçün cəhdlər göstərməkdir.

Təbii ki, dəyərləndirmdə qətiyyən obyektivlik hissini itirməməli, emosional yanaşmanı yaxına buraxmamalıyıq. Çünki dövlətin, millətin gələcəyi üçün düşmənlərin bu cür yanaşmalara haqqı yoxdur. Yüz min illərdən sonra biz siyasi, diplomatik yol xəritəsi hazırlayaraq öz məqsədlərimizə çatmaq üçün böyük, qürurlu, şanlı tarix yaşadıq. Bu tarixi hadisəni görənlər bu millətin nəyə qadir olduğunu, o fəxarət hissinin, azadlığın, suverenliyin bir dövlət üçün ən böyük sərvət və nemət olduğunu və həmişə onu qorumağın vacibliyini şüurlu şəkildə dərk etdilər.

Amma bəzi şüursuzlar bu nemətdən dada bilmədilər, çünki xislətləri buna imkan vermədi. Çox dərin məsələlərə varmadan dəyərli soydaşlarımızla bölüşmək istədiyim nüanslar var. Qarabağ işğal altında olanda şüursuzların dilindən düşmürdü ki, “torpaqları itirdik, bu hakimiyyətin torpaq almaq fikri yoxdur”. Bu məsələni kart kimi istifadə edib siyasi dividend qazanmaq istədilər. Amma onların kim olduğunu, nəyə qadir olduqlarını bilən qarşı tərəf – dedikləri hakimiyyət və onun rəhbərliyi, İlham Əliyev – o zaman kəsiyində yetişdirdiyi ordusu, ona etibar edən xalqı ilə birlikdə torpağın necə alındığını şüursuzlara göstərdi.
Əslində, siyasi etika naminə üzr istəyib siyasətdən getməli idilər. Sonra qeyd edirdilər ki, “Rusiya bizə nə desə, biz onu edirik, çünki biz Rusiyadan qorxuruq”. O cümlədən, Türkiyə ilə yaxınlaşmanı əngəlləməyə çalışırdılar. Zaman göstərdi ki, biz nə Rusiyadan qorxuruq, nə də Türkiyə ilə yaxınlaşmamaq istəyimiz var. Heç vaxt iki ölkənin tarixində olmayan Şuşa Bəyannaməsi imzalandı. Bu da bu hakimiyyətin siyasi düşüncəsinin şüursuz düşünənlərə tərs şilləsi oldu. Bundan nəticə çıxarmadılar.

Hələ onların onlarla, yüzlərlə bir çox belə siyasətə yaraşmayan addımları var. Onları sadalamağın mənası yoxdur. Çünki siz dərk etmə qabiliyyətinizi çoxdan itirmisiniz. Siyasət həm də insanlar arasındakı münasibətləri, ideologiyaları, ideyaları, dəyərləri əhatə edir. Xalq sizə və sizə himayədarlıq edənlərə deyil, İlham Əliyevin yanında oldu. Sizin yox, Ali Baş Komandanın ideyalarını və ideologiyasını dəstəklədi. Kosmopolit düşüncə sahiblərinin Azərbaycana gətirmək istədikləri dəyərlərin deyil, milli dəyərlərin yanında oldu. Çünki o xalq İlham Əliyevə həm etimad, həm də etibar etdi.

Siyasət müxtəlif səviyyə və sahələrdə mövcuddur – yerli, milli və beynəlxalq səviyyələrdə. Hər bir səviyyənin özünəməxsus yanaşma tərzi, proseslərə adekvat cavab vermə üsulu var. Bunu heç vaxt unutmayın.

Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Seçilən
21
newscenter.az

1Mənbələr