ABŞ prezidenti Donald Tramp deyib ki, İsraillə münaqişə sona çatdıqdan sonra fələstinlilərin Qəzzaya qayıtmasına icazə verilməsi səhv olardı.
Oxu24.com xəbər verir ki,“məncə, fələstinlilərə, Qəzzə xalqına geri dönməyə icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın qayıtmasını istəmirik. Mən bunu ABŞ-ın sahib olacağı və yavaş-yavaş inkişaf edəcəyi böyük bir daşınmaz əmlak parçası kimi düşünürəm. Luizianaya gedərkən təyyarəsində jurnalistlərə "Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq", deyə o bildirib.
“Qəzza zolağı tamamilə məhv edilib. Bu yer səliqəyə salınacaq. Biz onu zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən quracağıq”, - Tramp əlavə edib.
Nigar