ABŞ İranla yeni müqavilə bağlamaqla Tehranı təslim olmağa məcbur etmək məqsədi güdür.
Ölkə.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
“ABŞ prezidenti İran xalqına maksimum təzyiq siyasətinə qayıdıb. Ən maraqlısı odur ki, o, İrana misli görünməmiş təzyiqlər haqqında fərmanı imzalayarkən, danışıqlara hazır olduğu barədə bəyanatlar verib. Onun məqsədi bizi çaşdırmaqdır. Nə üçün təzyiq altında ABŞ ilə danışıqlar aparmalıyıq? Bunun bir məntiqi varmı? Hansı ağlı başında olan insan təzyiq və təhdid altında danışıqlar prosesinə girməyə razı olar? Onların bu danışıqlarda məqsədi kapitulyasiyadır. İran heç vaxt təslim olmayacaq", - nazir deyib.
İranın müdafiə naziri Əziz Nəsirzadə isə bildirib ki, Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün yeni prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil.
“Amerikalılar boş şeylər danışırlar. Biz sanksiyalar və təhdidlər altında danışıqlar aparmırıq. Və ABŞ-nin indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik”,- müdafiə naziri deyib.
Mürtəza
Ölkə.Az