AZ

Avropa İttifaqından Amerikaya sərt mesaj 

Avropa İttifaqı (Aİ) ABŞ-nin polad və alüminium idxalına 25 faiz gömrük rüsumu tətbiq etməsinin ağlabatan əsasının olmadığını və belə bir halda avropalıları ədalətsiz tədbirlərdən qoruyacağını bəyan edib.

“Cebheinfo.az” xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-nin Avropa İttifaqının polad və alüminiuma əlavə gömrük rüsumları tətbiq etmə ehtimalı ilə bağlı yazılı açıqlama yayıb.

Bu mərhələdə Aİ məhsullarına əlavə tariflərin tətbiqi ilə bağlı ABŞ-dən heç bir rəsmi bildiriş alınmadığı ifadə edilən açıqlamada, "Aİ, ixrac etdiyi mallara tarif tətbiqi üçün heç bir əsas görmür. Avropadakı müəssisələrin, işçilərin və istehlakçıların maraqlarını ədalətsiz tədbirlərdən qorumaq üçün reaksiya verəcəyik" deyib.

Açıqlamada Aİ və ABŞ-ın ticarət və investisiyalar vasitəsilə yüksək dərəcədə inteqrasiya olunmuş istehsal zəncirləri qurduğu, tariflərin tətbiqinin qanunsuz olacağı və mənfi iqtisadi təsirlərə malik olacağı qeyd edilib.

Tariflərin mahiyyət etibarilə vergilər mənasına gəldiyinə diqqət çəkən açıqlamada ABŞ-ın tarifləri tətbiq etməklə öz vətəndaşlarına vergi tətbiq edəcəyi, bizneslərinin xərclərini artıracağı və inflyasiyaya səbəb olacağı vurğulanıb.

Bəyanatda deyilir ki, ABŞ-nin gömrük rüsumları tətbiq etməsi iqtisadi qeyri-müəyyənliyi artıracaq və qlobal bazarların səmərəliliyini və inteqrasiyasını pozacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən polad və alüminium idxalına 25 faizlik gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. 

Tramp Kanada və Meksikadan alüminium və poladın da tariflərə tabe olacağını bildirib.

Qarşılıqlı tarifləri sabah və ya çərşənbə günü açıqlayacağını deyən Tramp, "Əgər bizdən 130 faiz vergi tələb etsələr və biz onlardan heç bir ödəniş almasaq, bu belə qalmayacaq" deyib.

Seçilən
6
cebheinfo.az

1Mənbələr