AZ

İran Baş Qərargah rəisi: “Təhdidlərə cavab verməyə hazırıq”

İran silahlı qüvvələri istənilən xarici təhdidlərə cavab verməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu İran Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri deyib.

“Silahlı qüvvələr əvvəlkindən daha yaxşı vəziyyətdədir və istənilən təhdidlərə cavab verməyə hazırdır”, - general bildirib.

Açıqlama ötən həftə ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdə müzakirə edilən İrana mümkün hava zərbələri kontekstində verilib.

Seçilən
8
13
herbiand.az

10Mənbələr