AZ

Elariz Məmmədoğlunun kürəkəninin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Bakı. Trend:

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyutaalqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərinkülli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən NizamiAlışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanınsədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zeynal Usubov ifadəverib.

Zərəçəkmiş şəxs hüquqşünas olduğunu bildirib. O, ibtidaiistintaqa verdiyi ifadəni təsdiqləyib. Z.Usubov bildirib ki, qazancəldə etmək məqsədilə kriptovalyuta ilə bağlı anlayışı olan biriniaxtarıb:

"İnternetdə saytların birində Alışan Nizami ilə tanış oldum.Dostum da onu tanıdığını bildirdi. Sonra ona güvənərək, 2022-ciilin may ayında 440 min dollar, 2023-cü ilin yanvarında isə 545 mindollar olmaqla cəmi 945 min dollar pul verdim. O, mənə bununmüqabilində qazanc verəcəyini dedi. 2022-ci ildə verdiyim məbləğqarşılığında ayda 7-8 min, 2023-cü ildə verdiyim pul məbləğində isəayda 30 min dollar qazanc götürəcəyimlə bağlı vəd vermişdi. Mənədedi ki, həmin pulu "İnvest.az"a yerləşdirib, lakin problem yaranıbdeyə pulu çıxarıb ABŞ-nin hansısa saytına yerləşdirib. Sonrası isəməlumdur".

Z.Usubov əlavə edib ki, Nizami Alışan ona pulun cüzi bir qisminiqaytarıb:

"Axırıncı dəfə 30 min və 15 min dollar pul verib. Ondan öncə isə7-8 min dollar 3-4 ay ərzində pul verib. Verdiyim 400 min dollarınşahidi yoxdur, amma sübutları var. Digər 500 min dollar üçün isəşahidim var. Şahid Ramin Talıbovdur. Ümumi məbləğlə - 900 mindollarla bağlı isə səs yazıları mövcuddur. Onları məhkəməyə təqdimetmişəm".

Daha sonra zərərçəkmiş şəxsin ifadəsi elan olunub.

Zərərçəkmiş Babək Məmmədzadənin vəkili Şahin Rəfiyev mülki iddiaqaldırıb. Onun iddiası baxılmamış saxlanılıb.

Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarındaişləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ciaprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - ZeynalMütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və YadigarŞibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm vəvalyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min,Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə küllimiqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəlisürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşıoğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlununkürəkənidir.

Məqalədə:
Seçilən
13
7
az.trend.az

10Mənbələr