AZ

Professor Niyazi Mehtinin vəziyyəti yenidən pisləşib- Barmağı amputasiya olunub...



Fəlsəfə elmləri doktoru, ədəbiyyatşünas alim Niyazi Mehdinin vəziyyətibu gün yenidən ağırlaşıb. Onu özəl klinikaların birinə aparıblar, dializ olunub.

Professorun oğlu Toğrul Mehdi Medicina.az-a bildirib ki, hazırda onun vəziyyəti stabil ağır olaraq qalır:

“Atam 1 il bundanəvvəl insult keçirib. Eləcə də ürək çatışmazlığı var. Qalxanvari vəzi əməliyyatı olmalıydı, çünki disfunksiya var, sümüklərdən kalsiumu qana ötürür. Bu səbəbdən damarlar kalsiumdan tutulur.Damar tutulmasından barmağında qanqrena əmələ gəlmişdi.

Biz kardioloqa müraciət etdik ki, damarları açsın. Amma orda kontrast mayedən halı pisləşdi.Ürəyi dayandı, reanimasiya tədbirləri olundu və özünə gəldi. Daha sonra Gömrük Hospitalına gətirdikdə, onlar sepsis diaqnozu qoydular.

Reanimasiyaya yerləşdirdilər, barmağı amputasiya olundu. Bir qədər müalicə olundu. Sonra evə gətirdik, ayağını kəsməyi təklif etdilər, biz razı olmadıq”.

T.Mehdi qeyd edib ki, belə bir vəziyyətdə hansı addımların atılmalı olduğunu heç kim bilmir. Onun sözlərinə görə, N.Mehdini vəziyyətdən çıxarmaq üçün yollar axtarılır:

“Çarəsiz bir durumdayıq. Bilmirik, nə edək, hansı addımı ataq. Bu gün səhər vəziyyəti yenidən ağırlaşdı, təcili tibbi yardımla xəstəxanaya çatdırdıq. Orda dilaiz olundu, sonra yenidən evə gətirdik. Hazırda evdə müalicəsini edirik. Bilmirik, hər hansı əməliyyata hazırki durumu yol verirmi? Ayağına görə həkimlər mütəmadi baxır, müalicə edir. Hələ ki, problem huşunun arada itməsi, ayağa qalxa bilməməsi və saturasiyanınaşağı olmasıdır. Oksigen aparatına qoşuruq”.

Aygün Musayeva

Seçilən
22
2
medicina.az

3Mənbələr