Türkiyənin "Qalatasaray" klubu "Adana Dəmirspor"a qarşı Superliqanın XXIII turunun oyununda yaşananlarla bağlı aidiyyəti qurumlara müraciət ünvanlayıb.
“Cebheinfo.az” xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi "X" hesabında paylaşım edib.
"Sarı-qırmızılar" matçdan əvvəl, görüş vaxtı və qarşılaşmadan sonra baş verən proseslərə aydınlıq gətirmək üçün müraciət etdiyini bildirib:
"Qalatasaray" İdman Klubu Türkiyə futbolunda ədalətin tərəfində olmağa və meydanda qalib gəlmək üçün var gücü ilə çalışmağa davam edəcək".
Qeyd edək ki, "Adana Dəmirspor" komandası ötən gün Superliqanın XXIII turunda "Qalatasaray"la oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.
“Cebheinfo.az”