AZ

Avtobus zolağında qol qaldırıb oynayan moto sürücü təkərin altında.. - VİDEO

Yollarda təhlükə yaradan motosiklet və moped sürücülərinin sayı dayanmadan artır. Təsadüfi deyil ki, son vaxtlarda baş vermiş yol qəzalarının böyük bir qismi motosiklet və mopedlərin iştirakıyla qeydə alınır. Qaydalara əməl etməyən, şou xarakterli hərəkətlər sərgiləyən moto sürücülər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atırlar.

Paytaxtın 8 Noyabr prospektində təhlükəli hərəkətlər edən motosiklet sürücüsü də qəzanın bir addımlığından dönüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 8-də saat 17:58 radələrində qeydə alınıb. Belə ki, avtobus zolağında hərəkətdə olan motosiklet sürücüsü bir əli göydə, digər əlində mobil telefon tutaraq oynayıb və özünü videoya çəkib. Ardınca "performans"ını yekunlaşdıran sürücü qəfil fikrini dəyişərək qarşısındakı avtobusu ötmək üçün sol zolağa manevr edib. Bu zaman həmin zolaqda hərəkətdə olan maşının təkəri altında qalmaq təhlükəsiylə üz-üzə qalıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıb.

Nərmin

Seçilən
13
avtosfer.az

1Mənbələr