AZ

Azər Bağırov: "Səfərdə 1 xal yaxşı nəticədir"

"Çətin oyun oldu. Gəncəyə xalsız qayıtmaq istəmirdik".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Araz-Naxçıvan"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 22-ci turunda səfərdə qeydə alınan 0:0 hesablı heç-heçəni şərh edib: "Heyətdə itkilərimiz var idi. Buna baxmayaraq, rotasiyalarımızı etdik. Uşaqlar vuruşdular. Təkbətək epizoddan istifadə etsəydik, başqa cür olardı, rəqib daha da üstümüzə gələrdi. İkinci hissə çətin başladı. Səfərdə 1 xal yaxşı nəticədir. Hücumu daha da gücləndirmək istədim. Paçu hücumun axarına açılan oyunçu deyil. Sadiq Şəfiyevdə irəli açılmaq daha qabarıq görünür. Ona görə də daha çox hücumu gücləndirmək istədik".

Qeyd edək ki, "Kəpəz" 18 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
15
3
idman.biz

5Mənbələr