AZ

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATLARI

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin üç regional mühafizə idarəsinə yeni rəislər təyin edilib.

Viral.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Tovuz Regional Mühafizə İdarəsinin rəisi polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi polkovnik Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin edilib.

Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.

Son Yazılar:

Seçilən
2
31
viral.az

10Mənbələr