AZ

“Mənim bir kopyam Hindistandadır” – Mətanət Əsədova

“Məni ispanlara və meksikanlara bənzədirlər. Görkəmimi də, özümü də. İkinci Mətanət başqa ölkədədir. Mənim bir kopyam da Hindistandadır”.

Xəbər verir ki, bu sözləri Mətanət Əsədova “Pərvizə görə” verilişində deyib.

“Özüm olub guya neynədim? Kopyamı da tapsınlar. Onun da başına oyun açsınlar? Ürəyim İspanya ilə Meksikaya getmək istəyir. Arzum bu, deyil, arzum başqa şeydir. Ana olmaqdır, bu arzuya həmişə hazıram. Lakin qayda-qanunla olsun istəyirəm. Efirdə deyirəm, aləm bir-birinə dəyir? Onun efirdə nə işi var? Kimə lazımdır? Mən camaatın ərinə baxıram, maraqlanıram? Camaat mənimlə maraqlansın, otursun yerində. Deyirəm, gətir ərini mənə göstər? Göstərənlərin şəxsi işdir. O deyir, səni görməsələr, yaxşıdır. Məni gördünüz, bəsdir. Bu, həyatdır. Mən kinoda çəkilmirəm, nə də rola girmirəm. Mənim şəxsi həyatımdır. Mətanət elə deyil, nəyəmsə oyam. Kimsənsə mənimlə ora qədər danış. Mənə rol oynama. Həyatımda biri var. Gündə bir adam axtarım? Çoxdan var. Sən hələ dayan. İnsan başına gələnlərdən dərs alır. Çox hadisələr olub. Həyatımdan müğənniliyi silərdim, hər şey onun içindədir. Göyçaydan ötrü ölürəm, anam-atam sağ olsaydı, orda qalardım. Onlar yoxdu deyə getmirəm, orda qala bilmirəm, havalanıram, dəli oluram. Qardaşım da küsür. Deyirəm, gec-tez onsuz da ora gətirəcəksiz də.

Mənə pislik edənlər özləri bilir, Allah bilir. Biri hamının gözünün qarşısında oldu. Vaxtilə elə bir insan mənə qurğu qurmuşdu ki. O, elə bilir, mən bilmirəm. Amma mənim “anten”im çox uzundur. Dəqiqəsində xəbər çatır ki, budur. O iş bitəndən sonra dedilər ki, onun işidir. O, adamdır ki, onun üzünə vurum? Diriykən ölüdür, kordur görmür, kardır eşitmir. Ona mən nə edim?”, - deyə, sənətçi bildirib.

Seçilən
11
1
olay.az

2Mənbələr