AZ

Dmanisidə həftəsonu məktəbi açılıb - FOTOLAR

“...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir” – bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında səsləndirib.

FED.az xəbər verir ki, dövlət başçısının tapşırıq və tövsiyələri əsasında müxtəlif xarici ölkələrdə həftəsonu məktəblərinin açılması davam edir. Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə rayonun Qarabulaq kəndində həftəsonu məktəbi fəaliyyətə başlayıb.

Məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlara Azərbaycan və gürcü dillərinin tədrisi üçün bütün lazımi şərait yaradılıb.

“Məktəbə ixtisaslı müəllimlər cəlb olunub, uşaqlar Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq və həvəs göstərirlər. Burada yaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulan "bazar günü" məktəblərinin başlıca məqsədi yetişməkdə olan yeni nəsli tariximiz, mədəniyyətimiz barədə məlumatlandırmaqdır. Hazırda uşaq və yeniyetmələr üçün rayonun Hamamlı və Qarabulaq kəndlərində Azərbaycan dili kursları təşkil olunub”,- deyə Mərkəzin rəhbəri Kamran Xıdırov bildirib.

Azərbaycan dili müəllimi İntiqam İsmayılov ana dilində danışmağın Azərbaycançılıq ideyasının yaşadılması üçün vacib olduğunu, Azərbaycan məktəblərində istifadə edilən "Əlifba" və "Ana sözü" dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqqında məlumat verildiyini vurğulayıb. 

"Bazar günü" məktəbinin gürcü dili müəllimi Maya Xmaladze öz növbəsində çıxışında son illər ərzində Gürcüstanın ali məktəblərinə vahid test üsulu ilə qəbul olan azərbaycanlı tələbələrin sayının xeyli artmasında bu kursların xüsusi rolunu qeyd edib: “İki xalq arasındakı dostluq münasibətləri, azərbaycanlıların gürcü  cəmiyyətinə inteqrasiyasında bu kurslar müstəsna rol oynayacaq”.

DmanisidəDmanisidəDmanisidəDmanisidəDmanisidə
Seçilən
13
4
fed.az

5Mənbələr