AZ

Hərbi məlumatların internetdə yayılmasına qarşı nəzarət GÜCLƏNDİRİLƏCƏK

Çin hakimiyyəti hərbi məlumatların internetdə yayılmasına qarşı nəzarəti gücləndirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
 

Məlumata görə, yeni tədbirlər hərbi məlumatların internetdə yayılmasına nəzarəti, o cümlədən hərbi mövzulara həsr olunmuş internet saytlarının, internet saytlarında hərbi rubrikaların, həmçinin sosial şəbəkələrdə hərbi məlumatların yer aldığı hesabların yaradılmasını əhatə edəcək.


Qeyd edilib ki, bu cür məlumatlar “ordu, hökumət və xalq arasında nifaq salmamalı və birliyə xələl gətirməməlidir”.

Bizim.Media

Seçilən
32
3
bizim.media

5Mənbələr