AZ

Dünyanın ən böyük avtomobil istehsalçısı Çində olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çinin avtomobil istehsalçısı olan "Dongfeng" şirkəti restrukturizasiya (Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərin görüldüyü kreditlər) planlarının olduğunu bəyan edib.
Oxu.Az "İnterfax"a istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilir, restrukturizasiya avtomobil istehsalçısının nəzarət səhmdarının dəyişməsinə gətirib çıxara bilər, lakin faktiki sahibinin dəyişməsinə səbəb olmayacaq. Faktiki sahib isə dövlətdir.
Digər avtomobil istehsalçısı "Changan" fevralın 9-da elan edib ki, onda paya sahib olan "China South Industries Group Co." başqa dövlət şirkəti ilə restrukturizasiyanı planlaşdırır.
İki şirkətin bəyanatları Çinin dövlət nəzarətindəki "Böyük dördlük" adlandırılan avtomobil istehsalçılarına daxil olan iki şirkətin birləşməsi gözləntilərinin yaranmasına imkan yaradıb.
Seçilən
10
3
oxu.az

4Mənbələr