AZ

ABŞ-ın məqsədi İranın kapitulyasiyasıdır - Əraqçi



ABŞ danışıqlar yolu ilə İranı təslim olmağa məcbur edir, lakin İslam Respublikasının təzyiq altında dialoqa getmək niyyəti yoxdur.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz niyə təzyiq altında ABŞ-la danışıqlar aparmalıyıq? Bunun bir məntiqi varmı? Onların bu danışıqlardakı məqsədi kapitulyasiyadır. İran heç vaxt təslim olmayacaq", - deyə İran XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 4-də ABŞ prezidenti Donald Tramp Tehrana qarşı maksimal təzyiq siyasətinin bərpası barədə fərman imzalayıb. Eyni zamanda, prezident ABŞ-ın bu vasitəyə tez-tez müraciət etməli olmayacağına ümid etdiyini bildirib.

Lalə, BakuPost

Seçilən
8
bakupost.az

1Mənbələr