Moldovada tanınmamış "Dnestryanı Respublika"nın səlahiyyətliləri Avropa İttifaqının enerji yardımından və 60 milyon avroluq qrantdan imtina ediblər.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.
Onun sözlərinə görə, bu maliyyə regionu şantajdan və enerji qeyri-sabitliyindən qoruya bilərdi:
"Lakin Dnestryanı bölgənin səlahiyyətliləri bundan imtina etdi".