AZ

Azərbaycanda ağ neft istehsalı azalıb, mazut istehsalı artıb

Bakı. TurkicWorld:

Ötən il Azərbaycanda 590 min ton ağ neft istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin göstəriciləri ilə müqayisədə 28 min ton, yaxud da 4,5% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan ağ neftin həcmi 618 min ton olub.

Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 27,4 min mazut istehsal edilib ki, bu da, illik müqayisədə 26,4 min ton, yaxud da 27 dəfə çoxdur. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan mazutun həcmi 1 000 ton olub.

Seçilən
3
1
turkic.world

2Mənbələr