Bugün, 30.11.2021 tarixində “Qaraheybət faciəsi” zamanı şəhid olmuş Mayor Emil Əliyevin evini ziyarət etdik.
“Yeni Gundem”in məlumatına görə, deputat şəhidimizin dəyərli və məğrur anası Şəmidə xanımla Şəhidimizin qəhrəmanlıqları barədə söhbət etdib. 44 günlük Vətən müharibəsinin iştirakçısı, şanlı və rəşadətli Milli Ordumuzun hərbçisi, igidliyinə, şücaətinə və xidmət dövründə göstərdiyi yüksək nailiyyətlərə görə bir çox medallarla təltif olunmuş şəhid mayor Emil Əliyevin ruhunu ehtiramla yad etdik.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!
Şəhidlər ölməz, Vətən bölünməz!