AZ

Bakıda məktəb işçisinin boğazı kəsildi

  Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin işçisinə hücum olub.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, kişi keçmiş həyat yoldaşının boğazını kəsib.

Məktəbdən bildirilib ki, xəsarət yetirilən şəxs texniki işçidir. Hadisə ilə bağlı bütün məlumatlar Bakı Şəhər üzrə Təhsil İdarəsinə verilib.

Hadisə ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Teleqraf-a bildirilib ki, 270 nömrəli tam orta məktəbin xanım texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib.

Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 10-da saat 15:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.  

Seçilən
56
3
referans.az

10Mənbələr