AZ

“Daha artığını etməliyik ki, istədiyimz nəticələrə çataq” – Elmar Baxşıyev

“Araz-Naxçıvan” Misli premyer-liqasının 22-ci turunda “Kəpəz”lə heç-heçə etdi - 0:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablayıb.

- Ağır oyun alındı. Hər iki komandanın mübarizə aparması müşahidə olundu. Çoxlu epizod yaratdıq. Yenə də yolumuza davam edirik. Daha artığını etməliyik ki, istədiyimiz nəticələrə çataq.

- Ramon Maçadonun yoxluğu hücuma necə təsir etdi?
- Təsir etmir desəm, yalan danışmış olaram. Maçado önəmli oyunçu olduğuna görə hücumlar onun üzərində qurulur. Hər bir futbolçu onu əvəzləməyi bacarmalıdı. Əyyuba da bir az vaxt lazımdı ki, açılışsın.

- Əlinizdəki futbolçular həm kubokda, həm də premyer-liqada istənilən məqsədə çatmaq üçün kifayətdi?
- Hər iki yerdə oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm. İnşallah, istədiyimiz nəticələri əldə edərik.

ƏSƏD SEYİDOV

Seçilən
7
football-plus.az

1Mənbələr