AZ

Orban: "Dövlət çevrilişi planları ABŞ büdcəsindən maliyyələşib"

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Amerika Birləşmiş Ştatlarını Macarıstan da daxil olmaqla, bir çox ölkələrdə hökumətlərin devrilməsini maliyyələşdirməkdə ittiham edib.

Bu barədə Orban öz "Feysbuk" səhifəsində yazıb: "Amerikada böyük qalmaqal yaşanır. ABŞ prezidenti ABŞ-ın müxtəlif dövlət qurumlarının son illərdə kimə və nə qədər pul verdiyini ictimaiyyətə açıqlamaq qərarına gəlib.

Aydın olub ki, liberal dünya elitası özünün maliyyə və ideoloji məqsədlərinə nail olmaq üçün ABŞ hökumətindən və dövlət büdcəsindən istifadə edirmiş. 

Bu yardım kimi təqdim olundu, amma əslində siyasi təsir vasitəsi olub.

Onlar bir tərəfdən Soros fondlarından, digər tərəfdən isə Amerika Birləşmiş Ştatlarının rəsmi hökumət büdcəsindən pul alırdılar.

Onlar bu pulu bütün dünyada cəmiyyəti məhv edən, miqrasiyaya dəstək verən, ailə institutunun məhvi və gender ağılsızlığı fəaliyyətlərini həyata keçirmək üçün istifadə etdilər".

Baş nazirin yazdığına görə, müxalifət mediası və təşkilatları Macarıstan hökumətinin devrilməsi üçün ABŞ büdcəsindən vəsait alıblar.

Hürr Tərcüman

Seçilən
8
hurriyyet.az

1Mənbələr