AZ

Azərbaycanda maye qaz istehsalı azalıb

Bakı. TurkicWorld:

Ötən il Azərbaycanda 166 min ton maye qaz istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 70 min ton və ya 30% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal edilən maye qazın həcmi 236 min ton olub.

Qeyd edək ki, ötən il ölkədə 5,292 milyon ton qaz kondensatı hasil edilib ki, bu da, illik müqayisədə 89 min ton və ya 1,7% çoxdur. Belə ki, 2023-cü ildə Azərbaycanda hasil edilmiş qaz kondensatının həcmi 5,203 milyon ton olub.

Seçilən
3
1
turkic.world

2Mənbələr