AZ

Gürcüstan İƏT-lə əməkdaşlığı prioritet elan etdi

Gürcüstan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlığı xarici siyasətin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

Komitənin iclasında çıxış edən sədrin sözlərinə görə, Avropadan başqa Gürcüstan üçün İsrail, Fars körfəzi ölkələri, Çin, Yaponiya, Cənubi Koreya, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri, Hindistan ilə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir.

“Cənubi Amerika, Afrika, Cənub-Şərqi Asiya (ASEAN) və Okeaniya ölkələri ilə də parlament əməkdaşlığının daha da intensivləşdirilməsi vacibdir”, - N.Samxaradze deyib.

Qeyd edək ki, iclasda komitənin 2025-ci il üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib.

Xatırladaq ki, İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə yaradılıb. 1992-ci ildə daha 7 dövlət - Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan təşkilata üzv olub.

Seçilən
6
1
sherg.az

2Mənbələr