Banqladeşdə baş verən qarışıqlıqlar zamanı 1,3 mindən çox şəxs saxlanılıb. “Ulusum”.az xəbər verir ki, bu barədə The Daily Star qəzeti məlumat yayıb. Nəşrin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları 8 fevraldan etibarən ölkədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq məqsədilə əməliyyat keçirir."Əməliyyat ölkəni destabilizasiya etməyə ümid edənlərə qarşı yönəldilib," — deyə müvəqqəti hökumətin daxili işlər naziri Cahangir Alam Çoudhuri bildirib.Qəzetin məlumatına görə, qarışıqlıqları keçmiş iqtidar partiyası olan "Avami Liq" əleyhdarları təşkil edib. Bildirilir ki, onlar 2024-cü ildə devrilmiş hökuməti xatırladan hər şeyi dağıtmağa çalışırlar.Səidə
Diqqət Çəkənlər
İran və Amerika arasında gözlənilən danışıqlar necə olacaq?
Uşaqların sözə baxmaması: səbəblər və həllər
Ərdoğan Azərbaycanla əhəmiyyətli sazişi təsdiqlədi