Bakı. Trend:
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həccmövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağanedib.
Trend xəbərverir ki, qərar hər il zəvvarların sayının çoxluğundan yarananböyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təminedilməsi məqsədilə qəbul olunub.
Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkiledilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunmasıistiqamətində bir neçə yeni qərar verib.
Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirməninartırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlərüçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılmasıvə dini ayinlərin icrasının asanlaşdırılması üçün çadırdüşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlararasındadır.
Nazirlik, həmçinin əlavə edib ki, bu mövsümdə iştirak üçün əsasüstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərəveriləcək.
2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanıvətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub.Zəvvarlar “Nusuk” tətbiqi və rəsmi onlayn portal vasitəsiləqeydiyyatdan keçə biləcəklər.