AZ

Bakıda məktəbin həyətində DƏHŞƏT

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində cinayət hadisəsi baş verib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, məktəbdə tibb işçisi vəzifəsində çalışan qadın boşanmaq istədiyinə görə əri qadının şah damarını kəsib.

Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilib.

İlkin məlumata görə zərərçəkən qadın sağdır.

Seçilən
18
9
bizimshow.az

10Mənbələr