AZ

Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edildi

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.

"Cebheinfo.az" "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovnik Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.

Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.

"Cebheinfo.az"

Seçilən
50
28
cebheinfo.az

10Mənbələr