AZ

Rumıniya prezidenti siyasi böhrana görə istefa verdi

İohannis paytaxt Buxarestdəki Kotroçeni sarayından verdiyi açıqlamada, "Rumıniyanı və vətəndaşlarını böhrandan çıxarmaq üçün istefa verirəm. Fevralın 12-də ofisimi tərk edəcəm" deyib.

Turkustan.az xəbər verir ki, İohannis prezident seçkilərinin mayın 4-də yenidən keçiriləcəyini deyib və sağ partiyaların onu vəzifədən uzaqlaşdırmaq cəhdlərini lazımsız adlandırıb.

Rumıniya Konstitusiyasına əsasən, Senatın hazırkı sədri İllie Bolojan yeni prezident seçilənə qədər ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edəcək.

Bu arada, ifrat sağçı Rumınların Birlik Alyansının (AUR) başçılıq etdiyi üç sağçı partiya İohannisin qeyri-qanuni olaraq vəzifəsində qaldığını iddia edərək, Rumıniya parlamentində onun vəzifəsindən uzaqlaşdırılmasına cəhd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
turkustan.az

1Mənbələr