AZ

Paşinyanın “10 fevral tezisləri”: Savadsız və məntiqsiz iddialaracavab

Dövlətçilik identifikasiyası olmayan, “xalq” kimi mövcudluğu komissiya qərarı ilə elan edilmiş bir ortaçağ kilsə icmasının Azərbaycan kimi müasir və mütərəqqi bir respublikanın yerləşdiyi bölgədə kvazi-dövlət kimi çıxış etməsi, əslində, bizim tarixi faciəmizdir. Çox böyük məyusluqla qeyd etməliyəm ki, bu faşist ideologiyasını mənimsəmiş, siyasi dinamikasını işğalçı məqsədlər yaradan, sosial strukturu Azərbaycan və Türkiyə xalqlarına nifrət hissi ilə bərqərar olmuş bu süni respublikasının təşəkkül tapmasında bizim özümüzün də seyli günahımız var. 1918-ci ildə Azərbaycanın öndə gələn ictimai-siyasi xadimləri Osmanlı hökumətinə rəsmi müraciət etmiş və Cənubi Qafqazda bir erməni dövlətinin yaranmasına icazə verilməsinə razılıq istəmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynamış Batum konfransındakı Nümayəndə Heyətimizin 100 il Çar Rusiyasının müstəmləkəsi olmuş Quzey Azərbaycan torpaqlarının yetirmələri olaraq təcrübəsizliyi təkcə İrəvanın paytaxt tapmadığı üçün öz müstəqilliyini elan edə bilməyən Erməni Milli Şurasına güzəştə gedilməsinə vəsilə olmadı. Bu tarixi məsuliyyətsizlik bir qədər sonra Qarabağa, Göyçəyə, Zənguzura, Dərələyəzə, Naxçıvana və Şimali Azərbaycan xanlıqlarının digər ərazilərinə hərbi-siyasi iddiaya döndü. Tarixin dərinliyinə çox getməmək üçün məsələnin qalan tərəflərini bir yana qoysam, SSRİ-nin dağılma ərəfəsində Qarabağ münaqişəsini meydana çıxaran da azadlıq və müstəqillik ideallarını öz xarakterik xüsusiyyətinə çevirə bilməmiş, bir kilsə icması olaraq elmi və rasional düşüncəyə yad qalmış toplumun 20-ci əsr boyu daşnak-faşist ideologiyası ilə yoğrulması idi. ABŞ və Avropa ölkələrindəki erməni diasporaları vasitəsi ilə kollektiv Qərb Cənubi Qafqazın yeni miqrantlarından SSRİ-nin dağılması prosesini sürətləndirmək üçün yararlanmağa çalışır, SSRİ-nin dağılmasının qaçılmaz olduğunu anlayan DTX analitikləri isə Qarabağ münaqişəsinə cəlb etməklə Azərbaycanı nəzarətdə saxlamaq niyyəti güdürdülər. Erməni kilsəsi və Daşnaksütyun Partiyası yeni ərazilər əldə etmək və əldə edəcəkləri əraziyə Bakıdan, Sumqayıtdan, Gəncədən və Azərbaycanın digər məntəqələrindən çıxacaq erməniləri yerləşdirmək arzusu ilə millət kimi formalaşmamış məlum toplumu imperalistlərin əlinə maşa kimi verdilər.

O toplumun bir üzvü, həm də tipik nümayəndəsi olan Nikol Paşinyan Sorosun üçüncü dünya ölkələrinə ixrac etdiyi “məxməri inqilab” layihəsinin bir elementi olaraq Ermənistanda hakimiyyətə gəlməsi ilə İrəvanın diskursunda dəyişən bir şey olmadı. Nikol iqtidara gəlmək üçün oğlunu Qarabağdakı hərbi xuntaya griov qoymuşdu, özü və həyat yoldaşı tez-tez Xankəndiyə, Xocalıya, Şuşaya, Laçına səfərlər edir, dəmlənib “Yallı” gedərək, Azərbaycana snayper tuşlayaraq və digər ədəbsiz hərəkətlərlə rəsmi Bakıya meydan oxuyurdular. 2020-ci ilin sentyabrında Azərbaycan başladığı bir əks-hücum əməliyyatı ilə tarixə 44 günlük müharibə dastanı yazdı. Prezident İlham Əliyev xalqını və ordusunun müzəffər sərkərdə kimi yürüyərək Şuşanı azad etdi, prosesin məntiqi nəticəsi olaraq Azərbaycan bayrağı əbədi dalğalanmaq üçün Xankəndidə səmaya ucaldıldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol “Qarabağ Azərbaycandır” deyən İlham Əliyevin mesajını müharibə məğlubu olaraq təkrar etməyə məcbur qaldı. Əlbəttə, bütün bunlar onu “sülh göyərçininə” çevirmir və çevirə də bilməz.

İkinci Qarabağ Savaşında ehtiyyatdan çağrılmış zabit kimi iştirak etmişəm. Oktyabrın ilk həftəsində hərbi müstəvidə Qarabağı artıq düşmən işğalından azad edilmiş saymaq olardı- Ermənistanın işğalçı ordusunun beli qırılmış, İrəvanın müharibəni davam etdirmək üçün nəzəri baxımdan heç bir ümid yeri qalmamışdı. Fəqət Nikol Paşinyan maksimum müqavimət göstərmək, bununla həm Azərbaycan Silahlı Qüvvələrinə insan və texnika itkisi verdirmək, həm də işğalçı ordusunun qalıqlarını güdaza vermək yolunu tutdu. O, ən çox Qarabağı tərk edəcək erməni bölmələrinin qayıdıb Ermənistanda onu devirəcəyindən qorxurdu. Son nəticədə Paşinyan kapitulyasiya bəyanatı imzaladı, ancaq o bəyanatı yerinə yetirməmək üçün dəridən-qabıqdan çıxdı. Qətiyyən nəzərdən qaça bilməz ki, o və başçılıq etdiyi hökumət 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndini hələ də yerinə yetirməyib. "Pacta sunt servanda"- yəni, öhdəliklər yerinə yetirilməlidir!- bu, beynəlxalq hüququn ana qaydalarından biridir. Hər ölkənin paytaxtında bir bəyanat verən, dünya liderlərinin telefon xəttini yersiz xahişlərlə məşğul edən, qapı-qapı dolaşıb hərbi-siyasi sədəqə istəyən Nikol Paşinyanın, əlbəttə, beynəlxalq hüquqla işləmək təcrübəsi digər sələflərindən heç də çox deyil. Başqa bir dövlətin ərazisini 30 boyunca işğalda saxlamış ölkənin istibleşmentindən bunu gözləmək də əbəsdir. Fəqət bir məsələni heç cür sağlam düşüncə ilə əlaqələndirmək mümkün deyil: doğrudanmı Nikol Paşinyan reallıqla barışmaq və qəbul etmək istəmir ki, nə o, nə də onun ölkəsi Cənubi Qafqazın lider respulikası qarşısında şərtli cümlələr quracaq çapda deyil?

Çapsız Nikolun tarixi Azərbaycan şəhərində- İrəvanda müvəqqəti fəaliyyət göstərən (USAİD-in hesablarının bloklanmasından sonra bu, kifayət qədər inandırıcı ehtimaldır) “Armenpress” agentliyindəki son məqaləsini oxudum. Paşinyanın “10 fevral tezisləri”ndə diplomatik, hüquqi və ən əsası məntiqi baxımdan ən azı 10 ciddi ziddiyyət, hər biri başlı-başına tipik demoqogiya nümunəsi olan ucuz manipulyasiya vardı. Onların içərisindən bir neçəsinə, gəlin, diqqət yetirək. Nikol hər şeydən öncə ona əminlik yaratmaq istəyir ki, Ermənistanın Azərbaycana hücum planı yoxdur. Bəli, İkinci Qarabağ Savaşında hərbi gücünün yarıdan çoxu məhv edilmiş bir ölkə fərari əsgər və zabitlərlərlə Azərbaycana yenidən hücum edə bilməz. Bunu başa düşürük. Ancaq Ermənistanın silahlanması və hərbi potensialını artırması, hərbi təlimlər keçirməsi bu bəyanatla ziddiyyət təşkil edir. Məsələ budur. Beynəlxalq hüquqa görə, özünümüdafiə üçün silahlanma haqqı olsa da, Ermənistanın regiondakı xarakteri və fəaliyyəti onun dinc durmayacağına inam yaradır və bu da Azərbaycanı müəyyən tədbirlər görməyə sövq edir.

Paşinyan Azərbaycanın bu önləyici addımlarını Ermənistanın təhlükəsizliyi üçün təhdid kimi təqdim etməyə çalışır və qarşılıqlı etimad üçün beynəlxalq missiyalara üz tutmağa üstünlük verir. Ancaq bu zaman nəzərə almaq istəmir ki, irəli sürdüyü təşəbbüslər gərginliyi daha da artırır, üstəlik, Azərbaycanın etimad göstərmədiyi vasitəçələr sülh prosesinə verə biləcəyi heç bir töhfə yoxdur. Əgər Paşinyan həqiqətən Sülh Müqaviləsi imzalamaq niyyətində olsaydı, onun mövqeyi məhz bu cür olmalı idi: “Bəli, Ermənistan Konstutusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, Ermənistan hökuməti bu əsassız iddiaları Konstitusiyadan çıxarmaq üçün lazımı addımlar atmağa hazırdır”. Belə bir bəyanat vermək və müvafiq addımlar atmaq əvəzinə Nikol öz məhdud hüquq bilikləri ilə həm ölkəsini, həm Azərbaycanı, həm də beynəlxalq aləmi çaşdırmağa çalışır.

Seçilən
24
aznews.az

1Mənbələr